Azərbaycanın bu zonasında yoluxma 14,1 faizdir
    • 6-05-2020, 17:19
    • 901

Azərbaycanın bu zonasında yoluxma 14,1 faizdir

"Gəncə-Qazax zonasında koronavirusa yoluxma sayı 14,1 faiz təşkil edib. Göründüyü kimi, yoluxma sayı artıb". 

News24.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifinqində bildirib. Onun sözlərinə görə, orda xüsusi karantin rejiminə əməl edilmədiyinə görə, artım var:"Əsasən ailələrdə, tibb işçiləri arasında yoluxmalar var". 

Z.Əliyev onu da bildirib ki, Lənkıranda da 10 faiz yolixma qeydə alınıb.