Sosial məsafəni qorumaq üçün MARAQLI ÜSUL - FOTOLAR
    • 19-05-2020, 00:00
    • 938

Sosial məsafəni qorumaq üçün MARAQLI ÜSUL - FOTOLAR

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Merilend ştatında yerləşən bir restoran sahibi insanlar arasında sosial məsafəni qorumaq üçün maraqlı üsula əl atıb.

News24.az Amerika mətbuatına istinadən xəbər verir ki, restoranda müştərilər boruya daxil olur və 4 təkərli mexanizmlə masalarında sosial məsafəni qoruyaraq yemək yeyirlər. Müştərilər yeməklərini və içkilərini boruların ətrafındakı yerlərə qoyurlar.

Bu üsul bir çox müştərilərin marağına səbəb olub.