Bakıda zəncirvarı qəza - ÜÇ AVTOMOBİL TOQQUŞDU - FOTO
    • 19-05-2020, 01:21
    • 975

Bakıda zəncirvarı qəza - ÜÇ AVTOMOBİL TOQQUŞDU - FOTO

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə Babək prospektində qeydə alınıb.

Günel Məmmədli idarə etdiyi "Chevrolet" markalı nəqliyyat vasitəsini "Toyota" və "Lexus" markalı avtomobillərə çırpıb. "Toyota"nın sürücüsü Raqub Heydərov bildirib ki, avtomobili ilə işıqforun qırmızı işığında dayanıbmış. Bu zaman G.Məmmədli yüksək sürətlə idarə etdiyi avtomobillə onun avtomobilini, daha sonra "Lexus" markalı avtomobili əzib.

Faktla bağlı əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib./APA