Trampın koronavirusdan qorunma ÜSULU
    • 19-05-2020, 01:28
    • 811

Trampın koronavirusdan qorunma ÜSULU

ABŞ prezidenti Donald Tramp koronavirusdan özünü necə qoruduğunu açıqlayıb.

News24.az "Los Angeles Times" nəşrinə istinadən xəbər verir ki, Ağ Evdə mayın 18-də baş tutan mətbuat konfransında Amerika lideri infeksiyadan qorunmaq üçün gündə bir tablet hidroksiklorokin qəbul etdiyini bildirib.

Mən hidroksiklorokin qəbul edirəm. Hal hazırda da etmişəm. Bir neçə həftə bundan əvvəl istifadə etməyə başlamışam. Yaxşı olduğunu düşünürəm"- deyə, lider əlavə edib.

Qeyd edək ki, dövlət başçısı mütəmadi olaraq "COVID-19" testindən keçir. İndiyədək onun nəticələri mənfi olub.