-
- 14-03-2020, 22:50
- 649
"ABŞ-da koronavirusdan 50 nəfər ölüb" - Tramp AÇIQLADI
Bu gün ABŞ prezidenti Donald Tramp koronavirus (Kovid-19) testindən keçdikdən sonra mətbuat konfransı keçirib.
News24.az xəbər verir ki, ABŞ prezidenti ölkəsində koronavirusdan ölənlərin sayını və bu istiqamətdə görülən işlərdən danışıb.
Tramp komandası virusu məğlub etmək üçün çox çalışdığını bildirib: "Virusla mübarizə üçün təxminən 4 milyard dollar ayırdıq. İndiyənədək ABŞ-da bugünədək koronavirusdan 50 nəfər ölüb. "Apple" şirkəti Çində bütün müəssisələrini bağladı. Digər ABŞ şirkətləri də bunu etsəydilər yaxşı olardı".
ABŞ prezidenti ölkə vətəndaşlarını İngiltərə və İrana səfər etməməyə də çağırıb: "Yaxın günlərdə bu məsələ ilə bağlı qadağa tətbiq olunacaq".