"Bir allahsız, şeytan, ona..." - MƏTANƏT İSGƏNDƏRLİ ƏSƏBİLƏŞDİ - VİDEO
    • 10-12-2019, 11:08
    • 1 046

"Bir allahsız, şeytan, ona..." - MƏTANƏT İSGƏNDƏRLİ ƏSƏBİLƏŞDİ - VİDEO

Əməkdar artist Mətanət İsgəndərli sosial şəbəkələrdə yayılan bir qadının körpənin ayaqlarının üstünə çıxıb, onu tapdalamasının yer aldığı görüntülərə sərt reaksiya göstərib.

News24.az bildirir ki, müğənni "İnstagram"da hadisəyə şərh bildirərək, video paylaşıb: "Bir alçaq, allahsız, şeytan, ona insan adı vermək olmaz. Ürəyim parçalandı. İlahi, buna insan tap gətirə bilməz. Yalvarıram, o uşağa kömək edin. Bayaqdan özümə gələ bilmirəm. İnanmıram ki, o ana olsun. Bunu heç düşmən düşmənə etməz".

Sevda Bayramova