-
- 19-05-2020, 17:53
- 800
Kolleclərdə kreditlərlə bağlı DƏYİŞİKLİK EDİLDİ
“Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na dəyişiklik edilib. Dəyişikliyə əsasən, cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə görə fənn üzrə müvəffəq qiymət almış tələbə həmin fəndən kreditləri qazanmış hesab olunur".
News24.az xəbər verir ki, qərara əsasən, Baş nazir Əli Əsədov “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” qərar imzalayıb.
Qərara əsasən, kreditləri müəyyən səbəblərdən qazanmayan (qazana bilməyən) tələbənin həmin fənn üzrə akademik borcu qalır. Akademik borcu yaranmış tələbəyə həmin fənn (fənlər) üzrə imtahan vermək (xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələri istisna olmaqla) və ya fənni (fənləri) yenidən dinləmək üçün şərait yaradılır. Cari semestrdə müəyyən səbəbdən imtahanda (imtahanlarda) iştirak etməyən və (və ya) həmin semestrdə akademik borcu yaranmış tələbəyə növbəti semestrin dərsləri başlayanadək bir dəfə həmin imtahanı (imtahanları) vermək imkanı yaradılır.
Əlavə olaraq tələbə hər bir semestrdə fənni (fənləri) dinləmədən akademik borcu əvvəlki semestrdə (semestrlərdə) yaranmış iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) də imtahanda iştirak edə bilər. Bütün hallarda imtahan verən tələbənin ümumi qiymətləndirilməsi zamanı onun fənni (fənləri) dinlədiyi semestrdəki cari qiymətləndirilmənin (aparıldığı halda) nəticələri nəzərə alınır və qazandığı kreditlər tədris planı üzrə həmin fənni (fənləri) dinlədiyi semestrə aid olunur.
Eyni zamanda, fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə həmin fəndən imtahana buraxılmır. Dəyişikliyə əsasən, bu hədd orta ixtisas təhsili müəssisəsinin Pedaqoji Şurasının qərarı ilə dəyişdirilə bilər.
Qərarda bildirilir ki, cari semestrdə akademik borcu qalan və növbəti semestr başlayanadək akademik borcunu ləğv edə bilməyən tələbə növbəti semestrdə təqaüddən məhrum edilir (xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələri istisna olmaqla). Əgər həmin tələbə növbəti semestrdə götürdüyü bütün fənlərdən kreditləri qazanarsa (Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə), o yenidən mövcud qanunvericiliyə əsasən təqaüd almaq hüququna malik olacaq.
Qeyd edilib ki, tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəq qiymət almış tələbə təhsil müddətində əldə etdiyi nəticələrə (ÜOMG-yə) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunur. Təhsil müddətində əldə etdikləri nəticələrə (ÜOMG-yə) uyğun olaraq yekun attestasiyanın qərarı ilə razılaşmayan tələbə ixtisas üzrə buraxılış yekun dövlət imtahanında (fənlərarası) iştirak edə bilər.