Helikopter sərt eniş etdi: ÖLƏNLƏR VAR
    • 19-05-2020, 23:00
    • 993

Helikopter sərt eniş etdi: ÖLƏNLƏR VAR

Rusiyanın paytaxtı Moskva ətrafında, Klin rayonunda Mi-8 hərbi helikopteri sərt eniş edib.

News24.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilib.

Hadisə zamanı ölümcül yaralanan heyət üzvləri həlak olublar:

"Mi-8 helikopteri təlim uçuşu zamanı Klin ərazisindən 20 km uzaqlıqda çöllük ərazidə sərt eniş edib. Olay zamanı ekipaj üzvləri aldığı xəsarətlərdən həyatlarını itiriblər".