-
- 20-05-2020, 13:01
- 671
Valideynlər narahat olmasın, mövzuların onlayn keçirilməsi NƏZƏRƏ ALINACAQ-DİM
"Valideyn və şagirdlər narahat olmasınlar. Məzmun hazırlananda hansı mövzuların onlayn keçirilməsi nəzərə alınacaq".
News24.az xəbər verir, bunu Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Nərminə Bayramova deyib.
Onun sözlərinə görə, pandemiya ilə bağlı kütləvi tədbirlərin keçirilməsi ertələnib: "Biz bu imtahanların qrafikini fevral ayında elan etmişdik. Bunlar hamısı bir-biri ilə əlaqəli imtahanlardır. Lakin gözlənilmədən qrafik pozuldu. Gördük ki, buraxılış imtahanını iki mərhələdə keçirmək olmur. Buraxılış imtahanının nəticəsi orta ixtisas müəssisələrinə qəbul hüququ verir. Ona görə belə təklif etdik ki, Təhsil Nazirliyi ilə birgə bu qaydalara dəyişiklik olsun. Nazirlər Kabinetinin qərarı ilə ümumi orta təhsil bazasından buraxılış imtahanı bir mərhələdə olacaq. Valideyn və şagirdlər narahat olmasınlar. Məzmun hazırlananda hansı mövzuların onlayn keçirilməsi nəzərə alınacaq. Bir mərhələdə 30 qapalı sual və hər fənn üzrə 100 bal olmaqla 300 ballıq şkala olacaq”.
N. Bayramova qeyd edib ki, birinci mərhələni verən şagirdlər yenidən imtahan verməyəcəklər: “Birinci mərhələdəki nəticələr DİM tərəfindən 300 ballıq şkalaya keçiriləcək. Bizdə 3 ilin nəticələri var idi. Son 3 ilin nəticələrinin statistik araşdırmaları aparılıb. Bu proqram vasitəsilə hər bir şagirdin nəticəsi fərdi hesablanacaq və nəticələr təqdim ediləcək”.