ATU yeni layihəyə START VERDİ
    • 20-05-2020, 15:15
    • 822

ATU yeni layihəyə START VERDİ

Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurası tərəfindən qəbul edilən “Gələcəyin müəllimi” layihəsinin icrasına start verilib.

ATU-nun mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, layihənin məqsədi AzTU-nun akademik sahədə potensialını gücləndirməkdir. Bu həm də universitetin kadr potensialını öz tələbələri hesabına gəncləşdirməsi və müasir innovasiya tələbini qarşılamağa istiqamətlənib. Layihəyə uyğun olaraq II kurs magistrantların elmi-pedaqoji təcrübələrinin qarşılanması məqsədilə onlar arasından seçilmiş bir qrup tələbə, bakalavrların imtahan prosesinə cəlb olunacaq. Belə ki, bakalavrların biliyinin qiymətləndirilməsində fənn müəllimləri ilə yanaşı magistrantların da rəyi nəzərə alınacaq.