-
- 21-05-2020, 14:05
- 744
Rus bölməsi üçün müraciət edənlərə bildiriş iyunda göndəriləcək - BŞTİ
Ümumi təhsil məktəblərinin tədris digər dildə aparılan bölmələrində məktəbəhazırlıq qruplarına cəlb edilmiş uşaqların I sinfə qəbulu üzrə onlayn müsahibələr davam edir.
BŞPİ-dən News24.az-a verilən məlumata görə, övladı tədris digər dildə aparılan bölmə üzrə məktəbəhazırlıq qruplarına cəlb edilmiş, lakin mövcud sanitar-epidemioloji vəziyyətlə bağlı şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün təşkil edilmiş müsahibəsi təxirə salınmış uşaqların valideynlərinə (qanuni nümayəndə) şəxsi kabinetə daxil olub, onlayn və ya ənənəvi (canlı) müsahibə formasını seçmək imkanı yaradılıb.
Onlayn müsahibə üçün müraciət edən vətəndaşların övladları mayın 20-dən etibarən şəxsi kabinetlərindəki bildirişdə qeyd olunmuş tarixə uyğun olaraq onlayn müsahibədə iştirak edirlər.
Onlayn müsahibənin nəticəsi məqbul hesab edilən uşaqlar üçün sistemdə həmin bölmə üzrə I sinfə avtomatik sorğu yerləşdiriləcək. Müsahibənin nəticəsi məqbul hesab edilməyən uşaqlar üçün Azərbaycan bölməsi üzrə müraciət etmək imkanı yaradılacaq.
Onlayn müsahibə prosesi zamanı obyektivlik və şəffaflığın tam təmin olunması üçün videoçəkiliş aparılır.
Ənənəvi (canlı) müsahibə üçün müraciət edən vətəndaşlara isə iyun ayı ərzində qeydiyyatdan keçdikləri mobil nömrəyə müsahibənin keçiriləcəyi tarix və yer haqqında bildiriş göndəriləcək, eyni zamanda bu məlumatlar valideynin şəxsi kabinetində bildiriş formasında əksini tapacaq.
Qeyd edək ki, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş günlərinin müəyyən edilməsi haqqında" Qərarına uyğun olaraq, tədris digər dildə aparılan bölmə üzrə I sinfə müraciət etmiş və məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqların valideynləri iyunun 1-dən şəxsi kabinetlərində şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə onlayn və ya ənənəvi (canlı) müsahibə formasını seçə bilərlər.
İyun ayı ərzində müsahibənin keçirilmə tarixi barədə valideynlərin qeydiyyatdan keçdikləri mobil nömrəyə SMS vasitəsilə bildiriş göndəriləcək, eyni zamanda bu məlumatlar valideynin şəxsi kabinetində bildiriş formasında əksini tapacaq.