Azərbaycanda koronavirusla bağlı bu qədər təhlükəli tibbi tullantı ZƏRƏRSİZLƏŞDİRİLDİ - RƏSMİ
    • 21-05-2020, 17:11
    • 841

Azərbaycanda koronavirusla bağlı bu qədər təhlükəli tibbi tullantı ZƏRƏRSİZLƏŞDİRİLDİ - RƏSMİ

"Mart ayından bu günədək ümumilikdə 50 tibb müəssisəsi və müvəqqəti karantin üçün ayrılmış mehmanxalarda əmələ gəlmiş 2 200 kubmetrdən çox təhlükəli tibbi tullantı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə daşınaraq - Abşeron yarımadası, Lənkəran, Şəmkir və Quba rayonlarında yerləşən xüsusi qurğularda yandırılaraq zərərsizləşdirilib". 

News24.az xəbər verir ki, bunu Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifinqində Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib. Onun sözlərinə görə, AQTA tərəfindən cənub zonasında 13 nöqtədən təqribən 150 kubmetr, ETSN tərəfindən digər 37 nöqtədən təqribən 2 054 kubmetr tullantı zərərsizləşdirilib: "Bu zaman əmələ gəlmiş təqribən 40 kub metr kül tullantısı isə daşınaraq Təhlükəli Tullantılar poliqonunda utilizasiya edilib. Bu işlər bu gün də davam etdirilir: "Məlumat üçün bildirmək istərdim ki, Respublikada təhlükəli tullantıların daşınması və utilizasiyası sahəsində ixtisaslaşmış özəl şirkətlər bu işlərin həyata keçirilməsində bizə yaxından kömək edir".

Afaq Mirayiq