Bu il hansı məşhurlar “Greencard”la ABŞ-a köçür? - FOTO
    • 28-09-2018, 10:00
    • 843

Bu il hansı məşhurlar “Greencard”la ABŞ-a köçür? - FOTO

Greencard” proqramı ABŞ-da qanuni şəkildə yaşamaq üçün ən asan yol sayılır.
Tam orta məktəb təhsili alan hər bir şəxs proqrama müraciət edə bilər. Qeyd etmək lazımdır ki, son illərdə bu proqrama maraq artdığından Azərbaycandan müraciət edənlərin sayı da sürətlə çoxalır.
“Greencard Azərbaycan”dan (greencard.az) verilən məlumata görə, 2016-cı ildə 470, 2017-ci ildə 961, 2018-ci ildə isə 1203 nəfər azərbaycanlı “Greencard” qalibi olub. Bu saya həyat yoldaşı və uşaqların da sayı daxildir.
Bir məlumatı da diqqətinizə çatdırmaq istərdik ki, builki “Greencard” qaliblərinin içində məşhurlardan iki nəfər var. Onlardan biri Xalq artisti, “Natiq” ritm qrupunun solisti Natiq Şirinov, digəri isə 21 yaşlı model, 2018-ci ildə “Mister Azərbaycan” seçilən Şakir Əhmədzadədir.
Hər iki məşhur ABŞ-a yola düşməyə hazırlaşır və onların viza alması üçün sənədləşmə işləri başlanılıb. Şakir Əhmədzadə Nyu-Yorkda model kimi çalışmağa başlayacaq və öz karyerasında daha yuxarı pillələrə qalxmağı planlaşdırır.Nağaraya hədsiz sevgisi olan Natiq Şirinovun məqsədi isə Azərbaycan nağarasını bütün dünyaya tanıtmaqdır. “İmkanlar ölkəsi” ABŞ-da bunu etmək daha asan olacaq.Qeyd: Ötənilki “Greencard” proqramında məşhurlardan həm Elariz Məmmədoğlu, həm də köhnə “Dəyirman” qrupunun üzvü, reper Elmir Məhərrəmov “Greencard” qalibləri olmuşdular.
Qalib olan şəxslərin hamısı ABŞ-a yola düşürmü?
Son illərdə qalib olub, amma getməkdən imtina edən şəxslərin sayı azalmaqdadır. Getmək istəməyən şəxslərin çoxu, əsasən, maddi problemlər səbəbindən bu addımı atırlar. Məhz bu problemi həll etmək üçün 2019-cu ildən başlayaraq, qalib olan şəxslərin ABŞ-a yola düşmələrini asanlaşdırmaq məqsədilə bəzi kredit təşkilatlarının dəstəyilə “Greencard Azərbaycan” şirkəti kredit təklif etməyi planlaşdırır.
Yəni, məsələn, uşaqlı bir ailənin ABŞ-a yola düşməsi üçün istər təyyarə bileti, istərsə də sənədləşmə prosesində digər xərcləri təxminən 5-10 min ABŞ dolları təşkil edir (ailə üzvlərinin sayına uyğun olaraq). Bəzən bu qədər pul toplaya bilmədiklərinə görə qalib olsalar belə, müştərilər ABŞ-a yola düşə bilmirlər.
ABŞ-da işləyib bu məbləği toplamaq çox da çətin olmur. Ona görə də imkanı az olan “Greencard” qaliblərinə bu formatda kömək göstəriləcək. Qeyd etmək istərdik ki, bu tipli kreditlər greencard.az saytından müraciət etmiş şəxslərə şamil olunacaq.
Eyni zamanda, bildirmək istərdik ki, greencard.az saytından proqrama sığortalı müraciət edib qalib olduqdan sonra təyyarə bileti və digər xidmətləri pulsuz əldə etmək mümkündür.
“Greencard” proqramına müraciət və ətraflı məlumat üçün bu linkə daxil olun.
Növbəti ilin proqramında (cavablar 2019-cu ilin may ayında açıqlanacaq) iştirak etmək istəyən şəxslər oktyabr ayının sonuna qədər müraciət etməlidirlər. 
//oxu.az