Məxfi qərarlardan birinin açılması barədə sənəd imzalandı
    • 28-09-2018, 10:25
    • 734

Məxfi qərarlardan birinin açılması barədə sənəd imzalandı

Baş nazir Novruz Məmmədov “Əməliyyat-axtarış prosesində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin növlərinin Siyahısının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli 139-6 nömrəli qərarının məxfiliyi açılması barədə qərar imzalayıb.
Qərar həmin qərarın məxfiliyinin açılması barədə Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Dövlət Təhlükəsizliyi Xidmətinin Prezident yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya ilə razılaşdırılmış təklifinə əsasən verilib.