Pakistanda təyyarə qəzasında 107 nəfər ölüb DƏHŞƏTLİ VİDEO - YENİLƏNDİ
    • 22-05-2020, 16:40
    • 1 015

Pakistanda təyyarə qəzasında 107 nəfər ölüb DƏHŞƏTLİ VİDEO - YENİLƏNDİ

Pakistanda 99 sərnişini və 8 ekipajı olan təyyarənin qəzaya uğraması nəticəsində göyərtədə olanların hamısı həlak olub.

Bunu Pakistanın Karaçi şəhərinin meri açıqlayıb.

***
15:04
"Pakistan Airways"ə məxsus "Airbus A320" Kəraçi şəhəri (Sind əyaləti) yaxınlığında qəzaya uğrayıb.

News24.az "Bloomberg"ə istinadən xəbər verir ki, təyyarənin göyərtəsində 107 nəfər olub.

Eyni zamanda, "Geo TV" kanalının məlumatında təyyarədə 7 heyət üzvü və 91 sərnişinin olduğu bildirilib.

Təyyarənin Pəncab əyalətinin Lahor şəhərindən Kəraçi hava limanına uçduğu qeyd edilib. Hadisə zamanı təyyarə 5-i dağıdıb. 

Qəza yerinə hərbçilər və xilasedicilər gəlib.