İspaniya Kralı Prezident İlham Əliyevi TƏBRİK EDİB
    • 22-05-2020, 19:44
    • 606

İspaniya Kralı Prezident İlham Əliyevi TƏBRİK EDİB

İspaniyanın Kralı VI Felipe Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"News24.az"ın məlumatına görə, mətndə deyilir: 

"Cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramının qeyd olunması münasibətilə Zati-alinizə İspaniya hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırmaq istəyirəm.

Cənab Prezident, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqına sülh və əmin-amanlıq arzulayıram.

Sizə dərin hörmət və ehtiram bəslədiyimə əmin ola bilərsiniz".