Elmar Məmmədyarov rusiyalı həmkarı ilə telefonla DANIŞDI
    • 22-05-2020, 22:20
    • 873

Elmar Məmmədyarov rusiyalı həmkarı ilə telefonla DANIŞDI

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla telefon bağlantısı yaradaraq, koronavirusla mübarizədə ikitərəfli əməkdaşlıq səylərini, habelə MDB çərçivəsində əməkdaşlığın gündəliyini müzakirə edib.

News24.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“MDB-yə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 12 may 2020-ci il tarixli iclasının hazırlanması zamanı tərəflər gündəlikdəki bir sıra aktual məsələləri müzakirə ediblər”, - məlumatda belə deyilir./APA