Qəzzada koronavirusdan ilk ölüm hadisəsi - QEYDƏ ALINDI

Qəzzada koronavirusdan ilk ölüm hadisəsi - QEYDƏ ALINDI Dünya
“Qəzza zolağında koronavirusa yoluxan xəstələrdən biri dünyasını dəyişib. Bu, Qəzzada ilk koronavirusdan ölüm hadisəsidir”. 

News24.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mətbuat katibi Əşrəf əl-Kidra mətbuat konfransında deyib.

O bildirib ki, koronavirus diaqnozu təsdiqlənmiş 77 yaşlı qadın, “Rafah” keçid məntəqəsində yerləşən xəstəxanada ölüb.