Xaçmazda 35 yaşlı kişi üzərinə benzin TÖKÜLƏRƏK YANDIRILDI
    • 27-05-2020, 15:05
    • 1 010

Xaçmazda 35 yaşlı kişi üzərinə benzin TÖKÜLƏRƏK YANDIRILDI

Xaçmaz rayonunda 35 yaşlı kişi üzərinə benzin tökülərək yandırılıb.

Xaçmaz rayonu, Uzunoba kənd sakini 1974-cü il təvəllüdlü Kərimov Vüsal Ağarəhim oğlu aralarında yaranmış münaqişə zəminində Xaçmaz rayonunun Qusarçay kənd sakini, 1985-ci il təvəllüdlü Yusifov Nəriman İbrahimşah oğlunun üzərinə benzin tökərək yandırıb. Ağır yanıq xəsarətləri alan N. Yusifov Bakıda yerləşən tibb müəssisələrindən birinə aparılıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. 
Faktla bağlı araşdırmalar davam etdirilir. /APA/