"Renault" 15 min işçisi ilə VİDALAŞIR
    • 29-05-2020, 11:54
    • 683

"Renault" 15 min işçisi ilə VİDALAŞIR

Fransanın "Renault" avtomobil şirkəti 15 min işçisi ilə yollarını ayırmağa hazırlaşır.

News24.az "CNN Türk"ə istinadən xəbər verir ki, bu barədə şirkət yazılı açıqlamasında məlumat verib. Açıqlamada qeyd edilib ki, dünya üzrə 15 min işçi ilə vidalaşmağı planlaşdıran "Renault" şirkəti təkcə Fransada 4 min 600 nəfəri işdən çıxaracaq.