Qadın ölkə tarixində ilk dəfə "Formula-1" maşını ilə dövrə vurub
    • 25-06-2018, 16:16
    • 1 409

Qadın ölkə tarixində ilk dəfə "Formula-1" maşını ilə dövrə vurub

Səudiyyə Ərəbistanından olan Asil əl-Həməd ilk dəfə "Formula-1" maşınını sürən qadın kimi ölkə tarixinə düşüb.

"Pul Rikard" trasında keçirilmiş Fransa Qran-prisi çərçivəsində Səudiyyə Ərəbistanı Avtomobil İdmanı Federasiyasının qadın təmsilçisi 2012-ci il versiyası olan "Lotus-Renault" maşınında bir dövrə vurub.

Yürüşdən sonra əl-Həməd bildirib ki, qadınlar üçün mümkünsüz heç nə yoxdur: "Biz təkcə adi maşınları deyil, "Formula-1" maşınlarını da sürə bilərik".

//REPORT,AZ