Koronavirusa ən çox yoluxanlar Gəncədədir
    • 29-05-2020, 18:38
    • 1 029

Koronavirusa ən çox yoluxanlar Gəncədədir

Azərbaycanın bölgələri üzrə koronavirusa ən çox yoluxma Gəncədir.

News24.az xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı məlumat verib.

O bildirib ki, koronavirusa Gəncədə 481, Sumqayıtda 259, Masallıda 47, İsmayıllıda 32, Qəbələdə 47, Beyləqanda 29 nəfər koronavirusa yoluxub:
"Masallı Əlişanlı kəndində 12, Xaçmazın Köhnə Xaçmaz kəndində 12 yoluxma qeydə alınıb. Salyanda 114, Cəlilabadda 101 yoluxma qeydə alınıb".

R.Bayramlı onu da bildirib ki, koronavirusa yoluxanların sayı sağalanların sayından azdır.
 
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
 
R. Bayramlı deyib ki, ötən həftələrlə müqayisədə vəfat edənlərin və ağır xəstələrin sayı artsa da, ciddi artım yoxdur: “Bu da tibb  müəssisələrinin ötən dövrdə müasir tələblərə cavab verəcək səviyyəyə gətirilməsinin, həkimlərin gərgin əməyinin nəticəsidir”.

R. Bayramlı nəzərə çatdırıb ki, Gəncədə 481,  Masallıda 47, Xaçmazda 31 nəfərin koronavirusa yoluxması aşkar olunub: “Son günlər həmin rayonlarda yoluxma yüksək olub. Masallının Əlişan kəndində 12 nəfər, Xaçmazın Köhnə Xaçmaz kəndində 12, Beyləqanın Şahsevən kəndində 5 nəfər koronavirusa yoluxub. Salyan, Cəlilabad, Yevlax və Kürdəmirdə yoluxma yüksək səviyyədədir. Kürdəmirin Sığırlı kəndində 31 nəfərdə yoluxma aşkarlanıb. Bakıda Yasamal, Sabunçu, Nəsimi, Binəqədi, Nərimanov, Xətai, Qaradağ, Suraxanı, Nizami rayonlarında yoluxma daha yüksək olub. Bakının digər rayonlarında yoluxma 3 faizdən aşağıdır”.