Azərbaycanda koronavirusa yoluxma ən çox bu RAYONLARDADIR
    • 22-05-2020, 17:25
    • 1 102

Azərbaycanda koronavirusa yoluxma ən çox bu RAYONLARDADIR

“Gəncə, Bakı, Lənkəran, Salyan, Yevlax, Neftçala, Sumqayıt, Cəlilabad, Kürdəmir, Samux, Ağstafa və Göyçayda yoluxma halları daha yüksəkdir ”.

News24.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

 R. Bayramlı deyib ki, Yevlaxda 83 nəfər yoluxub və bu da aktiv halların 6 faizini təşkil etməkdədir: “Bu rayonlarda tibbi qurumların fəaliyyəti daha da gücləndirilməlidir". 

Yoluxanların 47,4 faizi Bakı, 10,8 faizi Aran, 9,8 faizi Lənkəran, 8,1 faizi Abşeron, 1,4 faizi Quba-Xaçmaz, 1,1 faizi Yuxarı Qarabağ, 0,8 faizi Dağlıq Şirvan, 0,7 faizi Şəki-Zaqatala, 0,1 faizi Naxçıvanın payına düşür.

R. Bayramlı qeyd edib ki, koronavirusa yoluxanların 6,9 faizi xaricdən gələnlərdir.

TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, Bakıda Yasamal rayonunda 16 faiz, Nəsimidə 14 faiz, Sabunçuda 13,8 faiz, Nərimanovda 11,3 faiz yoluxma qeydə alınıb.