-
- 29-05-2020, 18:43
- 4 933
Elmira Axundova Zelenskiylə GÖRÜŞDÜ
Azərbaycanın Ukraynada yeni təyin olunmuş səfiri Elmira Axundova etimadnaməsini Prezident Vladimir Zelenskiyə təqdim edib.
Azərbaycanın Ukraynadakı səfirliyindən verilən məlumata görə, Ukrayna Prezidenti Vladimir Zelenski səfirlə söhbət edib.
Səfir Elmira Axundova Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Ukraynanın dövlət başçısına çatdırıb. O, Ukraynadakı diplomatik fəaliyyəti müddətində iki ölkə arasında mövcud olan yüksək səviyyəli əlaqələrin daha da genişləndirilməsi və dərinləşdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini deyib. Ukrayna şirkətlərinin Azərbaycana investisiya yatırımlarının artırılmasının vacibliyinə toxunan səfir bildirib ki, ölkəmizdə xarici sərmayəçilər üçün münbit şərait mövcuddur.
Görüşdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub. Bildirilib ki, təhsil sahəsində əməkdaşlığın daha da inkişafı üçün xüsusi nəzarət mexanizminin işlənib hazırlanması olduqca vacibdir. Eyni zamanda, ukraynalı tələbələrin Azərbaycanın tanınmış ali məktəblərində təhsil alması üçün birgə səylər artırılmalıdır.
Sonra səfir müəllifi olduğu “Heydər Əliyev. Şəxsiyyət və Zaman” adlı kitabının rus dilinə tərcümə olunmuş variantını Ukrayna Prezidentinə hədiyyə edib. Bildirib ki, kitabda Azərbaycan xalqının Ümummilli Liderinin daha dolğun və obyektiv bioqrafiyası yer alıb və bir neçə dildə çap olunub.
2019-cu ilin dekabrında Azərbaycana rəsmi səfərini məmnunluqla xatırlayan Ukrayna Prezidenti Vladimir Zelenski ilk öncə Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycan dövlətinin başçısına çatdırmağı xahiş edib. Bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığını vurğulayan Vladimir Zelenski ölkələrimiz arasında gələcək əməkdaşlıq üçün əsas sahələrin müəyyənləşdirilməsi ilə bağlı səmərəli müzakirələr aparıldığını deyib və əlaqələrin daha da genişləndiriləcəyinə ümidvar olduğunu bildirib. O, Azərbaycan və Ukraynanın beynəlxalq arenada əməkdaşlığını yüksək qiymətləndirib və GUAM çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Azərbaycan və Ukrayna arasında bütün sahələrdə əməkdaşlığın inkişaf etdiyini deyən dövlət başçısı hər iki ölkədə mədəniyyət günlərinin keçirilməsinin önəmli olduğunu söyləyib.
Görüşdən sonra səfir Elmira Axundova ulu öndər Heydər Əliyevin abidəsi önünə gələrək tər çiçəklər düzüb. Daha sonra İrpen şəhərində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın abidəsini ziyarət edərək ehtiramını bildirib. /APA/