Ölkədə sərt karantin rejiminin bərpası nəzərdə tutulmur - QƏRARGAH AÇIQLADI
    • 29-05-2020, 19:26
    • 1 250

Ölkədə sərt karantin rejiminin bərpası nəzərdə tutulmur - QƏRARGAH AÇIQLADI

“Ölkədə sərt karantin rejiminin bərpası nəzərdə tutulmur”.

News24.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, yalnız lokal ərazilərdə sərt karantin rejiminin tətbiqi gündəmdədir: “Eyni zamanda aktiv yoluxma halları 200 nəfərin üzərində olmağa davam etsə, həftə sonu və bayramlarda məhdudiyyətlər tətbiq oluna bilər”.