Tanınmış aparıcıya ağır İTKİ ÜZ VERİB
    • 30-05-2020, 15:14
    • 910

Tanınmış aparıcıya ağır İTKİ ÜZ VERİB

Tanınmış xəbər aparıcı Lalə Azərtaşa ağır itki üz verib.

News24.az xəbər verir ki, aparıcının dayısı rəhmətə gedib. O, bu barədə instaqram hesabında post paylaşıb:
 
"İlqar dayım... Bax gor həmişə əzizlədiyin Lalıçka kimi sənə necə sürprizlər edirdim... Dayı, bəs Sən niyə belə sürpriz etdin?! Adam belə işə imza atar?! Deyirdilər igid oğul dayısına bənzəyər, axı mən də sənə bənzəyirdim hər xarakterimlə... Allahın məsləhətinə hamımız tabeyik, amma çox çətindi... 3 gündü barışmıram yoxlugunla, ölənə qədər də çətin barışam... Mən sənlə necə fəxr edirdim... Sənə son sozum... Dünya boyda hörmətli oğul, Sən məclislər yaraşığı idin, ölüm Sənə heç yaraşmadı... Allah sənə rəhmət etsin qəhrəman oğul.. Sən evdən yox, eldən getdin... Yerin cənnət məkan olsun... Müəyyən müddətə bu səhifəyə daxil olmayacam... Bilirəm burdan onu yaxşı tanıyıb, dərdimizə şərik olanlar çox olacaq... Allah hamınızın ölənlərinə rəhmət eləsin..."