AzTU-da “Gələcəyin mühəndisi -1” onlayn olimpiadası KEÇİRİLDİ
    • 2-06-2020, 11:52
    • 609

AzTU-da “Gələcəyin mühəndisi -1” onlayn olimpiadası KEÇİRİLDİ

Azərbaycan Texniki Universitetində (AzTU) “Gələcəyin mühəndisi -1” onlayn olimpiadası keçirilib.

News24.az xəbər verir ki, olimpiadada Bakıdan və Azərbaycanın digər bölgələrindən I ixtisas qrupu üzrə hazırlaşan 185 XI sinif şagirdi iştirak edib. Əvvəlcə rektor Vilayət Vəliyev şagirdləri salamlayıb. Onlara olimpiada haqqında ətraflı məlumat verib. Bildirib ki, olimpiadanın keçirilməsində məqsəd mühəndis ixtisasına marağı artırmaqdır. Rektor həmçinin AzTU-da tələbələr üçün yaradılan imkanlardan da söhbət açıb.

Müsabiqədə abituriyentlərə fizika və riyaziyyat fənlərinin hər biri üzrə 2, kimya və informatika fənlərinin hər biri üzrə 1 sual təqdim olunub.

Qaydaları pozan, köçürməyə cəhd edən iştirakçılar müsabiqədən uzaqlaşdırılıb.

Qeyd edək ki, olimpiadanın nəticələri universitetin müəllimlərindən ibarət yaradılan işçi qrupu tərəfindən yoxlanıldıqdan sonra elan ediləcək.

Qaliblərə müxtəlif hədiyyələr və sertifikat təqdim olunacaq. Bundan əlavə, müsabiqədə 1-ci yerə layiq görülən abituriyent AzTU-ya qəbul olunsa, rektorun xüsusi təqaüdü ilə mükafatlandırılacaq.