-
- 23-03-2019, 15:34
- 946
Azərbaycanlı şagirdlərin uğuru - FOTO
Rusiya Federasiyasının Maykop şəhərində məktəblilərin Qafqaz Riyaziyyat Olimpiadası keçirilib. Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, Bolqarıstan, Rumıniya, Türkiyə, Qazaxıstan və digər ölkələrdən olan yuxarı sinif şagirdlərinin bilik və bacarıqlarını nümayiş etdirdiyi olimpiadada Azərbaycan məktəbliləri uğurla çıxış ediblər. Fizika-riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Ramil Cəbiyev II Diploma və gümüş medala, həmin liseyin 10-cu sinif şagirdi Murad Ağazadə III Diploma və bürünc medala layiq görülüblər. Murad Ağazadəyə həmçinin təqdim olunan tapşırıqlardan birini bütün iştirakçılardan fərqli və original həll etdiyi üçün olimpiadanın təşkilatçıları tərəfindən xüsusi sertifikat verilib.
Liseyin 10-cu sinif şagirdi Rəşad Musayev isə olimpiadanın həvəsləndirici sertifikatına layiq görülüb.
Liseyin 10-cu sinif şagirdi Rəşad Musayev isə olimpiadanın həvəsləndirici sertifikatına layiq görülüb.