"Formula 1": İlk 8 Qran-prinin təqvimi AÇIQLANDI
    • 2-06-2020, 13:38
    • 2 906

"Formula 1": İlk 8 Qran-prinin təqvimi AÇIQLANDI

Formula 1" üzrə dünya çempionatında ilk 8 Qran-prinin təqvimi açıqlanıb.

News24.az xəbər verir ki, mövsümün ilk iki Qran-prisi Avstriyada (3-5 iyul və 10-12 iyul) olacaq.

Daha sonra Macarıstan (17-19 iyul), Böyük Britaniya (31 iyul - 2 avqust, 7-9 avqust), İspaniya 14-16 avqust, Belçika (28-30 avqust), İtaliya (4-6 sentyabr) Qran-priləri baş tutacaq. Bütün yarışlar azarkeşsiz keçiriləcək.

Azərbaycan Qran-prisi ilə bağlı hələlik məlumat yoxdur. Tam təqvimin qarşıdakı həftələrdə açıqlanacağı bildirilib.

"Formula 1"lə yanaşı, "Formula 2" və "Formula 3" yarışları da təşkil olunacaq.