Türk seriallarından qovulan məşhurlar – SİYAHI
    • 10-07-2018, 14:45
    • 1 947

Türk seriallarından qovulan məşhurlar – SİYAHI

Bəzən anlaşılmazlığa görə, bəzən də hər şeyi problem etdiklərindən seriallarda yer alan məşhur aktyor və aktrisalar çəkiliş meydançasından qovulur.

Bir zamanlar yayımlanan “Güzəl köylü” serialında yer alan Su Kutlu çəkilişlərdən uzaqlaşdırıldığında uzun müddət haqqında söz- söhbətlər kəsilmədi. Daha sonra serialın rejissoru açıqlama verdi. Su Kutlunun serialdan çıxarılmasının səbəbi Muğlada çəkiliş gedərkən barda çıxardığı dava və ümumi davranışlarının xoşagələn olmaması idi, o,serialın nüfuzuna zərər vurduğu üçün uzaqlaşdırılmışdı. “Su Kutlunun serialda olması bizə reyting versə də Muğlanın hüzuru bir insandan daha üstündür”.-deyə rejissor bildirib.

Çox izləyicisi olan seriallardan biri də “Sakarya firat” serialdır. Dizidə baş rolda yer alan Ceren Hindistan rejissorla aralarında yaranan söz-söhbətə görə serialdan uzaqlaşdırıldı.

Seriallar arasında qovulduqdan sonra haqqqında ən çox danışılan “Yapraq dökümü”nün Şevketi Caner Kurtaran oldu.O dəfələrlə narkotik maddədən istifadə etdib polis tərəfindən nəzarətə alındığı üçün seriladan uzaqlaşdırıldı. Əsas səbəb isə, çəkiliş meydançasına gec gəlməyi və serialda yaratdığı ləngimələr oldu. 

Ekralarda izləmə rekordu qıran “Kavak Yelleri”nin Efesi Dağhan Külegeçin serialdan ayrılması da çox danışılmışdı. Rejissorla aralarında yaranan söz davasından sonra aktyorun stulu onun üzərinə atmasıyla serilada olan fəaliyyətini son qoymuşdu. Daha sonra yenidən seriala geri dönsə də, səhhətində yaranan problemlərə görə, Efe ssenariyə iyğun yol qəzasinda ölərək serilandakı rolunu sonlandırdı. 

Bir zamanlar Gonca Vuslaterin də rol aldığı “Gönül işləri” serilından qovulduğu iddia edildi. İddialara görə onu tərəf müqabili Can Yamanla öpüşərkən gördülər. Serialın da reyting gətirmədiyini görüb aktirisanı serialdan kənarlaşdırıblar. Ancaq Goncanın sözlərinə görə, bu yalandır. “Can ilə aramızda heç nə olmayıb. Müqavilə bitdiyi üçün serialdan ayrıldım”.

Türkiyənin “Taclı” gözəllərindən biri olan Handə Subaşı bir zamanlar izlənmə rekoru qıran “Elveda Rumeli” serialında yer almışdı. Hande Subaşının serialda “Vahide” rolu qısa oldu. Handenin çəkilişlər zamanı anasının onun yanından ayrılmaması və dəfələrlə müdaxilə etməsi aktrisanın serilandan uzaqlaşdırılmasına gətirib. 

Çox bəyənilən seriallardan biri “Adanalı”nın Selin Demiratarın ayrılması onun istəyinə görə olduğu deyilirdi. Amma onun seriladan uzaqlaşmasının əsas səbəbi qəribə istəklərinə görə olmuşdu. 

Elvin Nüsrətoğlu