Tünzalə Əliyeva haqqında Şok iddia-3 evi var, hansına pul yığır?
    • 29-09-2018, 12:55
    • 5 858

Tünzalə Əliyeva haqqında Şok iddia-3 evi var, hansına pul yığır?

Bu gün redaksiyamıza Tünzalə Əliyeva ilə bağlı şok iddialar daxil olub.

 Bildiyiniz kimi aktrisa, bir neçə müddətdir ki, ATV telekanalında göz yaşlarına boğularaq maddi yardım istəyir. Yardımın başlıca səbəbi xərçəng xəstəliyi olsa da, sonradan yığılan vəsaitin aktrisanın ipoteka vasitəsi ilə aldığı evin kretidini ödəməsi üçün ayrıldığı açıqlanıb.  Bitməyən müzakirələrin ardınca “Toppuş bacı”nın Hummer markalı avtomobilə sahib olduğu da ortaya çıxıb.

Bu gün isə redaksiyamıza bir yazışma daxil olub. Sosial şəbəkə istifadəçisi  yazır ki, Tünzalə  Əliyeva ilə eyni həkimdə əməliyyat olunub: ”Hamımızın problemləri var. Kiminin maddi, kiminin mənəvi. Onun 3 evi var, hansı üçün pul yığır? Yoldaşı niyə işləmir? O, xınayaxdılara gedəndə kimə endirim edib? İndiki zamanda hamının kredit borcu var, həmçinin də mənim ” deyib.

İstifadəçi onu  da qeyd edir ki, T.Əliyeva mədəsini kiçildən həkimdən də əməliyyatın ödənişini geri alıb: “ O, həkimə böhtan atdı ki, məhz bariatrik əməliyyatından sonra xərçəng xəstəliyinə tutulub. Həkimdən də puluni geri alıb. O qədər xəstə, acınacaqlı vəziyyətdə olan insanlar var ki, təhsil haqqını, kreditini ödəyə bilmir. Onun həyat yoldaşının Şirvanda (keçmiş Əli Bayramlı -red) evi var. Gəncədə də var. İkisinin də maşını var”.