DİM buraxılış imtahanlarının VAXTINI DƏYİŞDİ
    • 4-06-2020, 17:45
    • 912

DİM buraxılış imtahanlarının VAXTINI DƏYİŞDİ

İmtahanların keçirilməsi zamanı TƏBİB tərəfindən bir sıra qaydalar hazırlanıb.

News24.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib. Onun sözlərinə görə, bu qaydalar Operativ Qərargah tərəfindən təsdiqlənib:"Valideynlər uşaqlarını gözlədikləri zaman açıq havada olan zaman sosial məsafə saxlasınlar. TƏBİB tərəfindən valideynlərin testdən keçirilməsi ilə bağlı qərarı verilməyib. Yalnız ölkəyə gətirilən vətəndaşlar test edilir, abituriyentlərin valideynlərindən bu tələb olunmur". 

Afaq Mirayiq