Polis maska taxmayan VƏTƏNDAŞI BOĞDU
    • 5-06-2020, 15:52
    • 879

Polis maska taxmayan VƏTƏNDAŞI BOĞDU

Ermənistanda maska taxmayan vətəndaşa qarşı zor tətbiq edilib.

News24.az xəbər verir ki, insident Ermənistanın paytaxtı Yerevanda baş verib.

Belə ki, 4 polis maska istifadə etməyən vətəndaşa sərt müdaxilə edib. Hətta polislərdən biri onu boğmağa da başlayıb.

Saxlanılma zamanı adıçəkilməyən vətəndaş dəfələrlə nəfəs ala bilmədiyini qışqırırıb.

Hadisə ölkədə qalmaqala səbəb olub. Ermənistanın baş naziri Nikol Paşinyan bununla bağlı açıqlama da verib:

“Vətəndaşın yerində hər birimiz ola bilərik. Bu video az öncə çəkilib. Polislər məsuliyyətə cəlb edilməlidir”. /Report/