Ruhi Əliyeva BUNU DA BACARIRMIŞ - MARAQLI VİDEO
    • 6-06-2020, 16:11
    • 1 988

Ruhi Əliyeva BUNU DA BACARIRMIŞ - MARAQLI VİDEO

Azərbaycanın iş xanımı, sevilən sima Ruhi Əliyevanın şəxsi #Vloqunda (https://www.youtube.com/channel/UCK2RpEEdn2f0jjumS9e2pNA) paylaşdığı növbəti videosu maraq doğurub. 

News24.az xəbər verir ki, hər dəfə müxtəlif ləziz və dadlı təamların hazırlanma qaydası ilə izləyicilərinin və sevənlərinin qarşısına çıxan Ruhi Əliyeva, bu dəfə yemək bişirməklə də kifayətlənməyib. Sevimli sima bu dəfə öz bağında gül əkib və bu prosessi tamaşaçıları ilə bölüşüb: "Bu gün mətbəxə keçməmişdən əvvəl, əziz izləyicilərim məhz sizlərin qarşısında tülpanları əkmək istəyirəm. Bu xoş anı sizlərlə bölüşməkdən zövq alıram. 8 rəqəmi sonsuzluqdur və o səbəbdən də 8-nin əkilməsi daha gözəl olardı, amma bu gün 7-ni, sabah da 1-ni əkərəm. Bu güllərin həm qırmızısı, həm də ağı çox gözəldir. Övladlarım da bu gülləri çox sevir". 

Ruhi Əliyeva bağda işləməkdə zövq aldığını və insanın hər işi bacarmasının üstünlüyündən danışıb: "Atalarımız çox gözəl deyib: Bağa baxarsan, bağ olar, baxmazsan, dağ olar". 

Videodan da göründüyü kimi Ruhi Əliyeva bu işin də öhdəsindən məharətcəsinə gəlib. 

Sevda Bayramova