Bakıda Qarabağ mitinqi başlayıb
    • 29-09-2018, 17:55
    • 1 303

Bakıda Qarabağ mitinqi başlayıb

Mitinqə siyasətçilər, ictimaiət adamları ilə yanaşı “Qarabağ” futbol komandasının fanatlar da qatılıblar.
Mitinqdə çıxış edən QAT sədri Akif Nağı bildirib ki, dövlətin Qarabağın işğaldan azad olunması ilə bağlı qərarlarına dəstək verəcəklər.
“Təki Qarabağ işğaldan azad olunsun. Hədəfimiz beynəlxalq təçkilatlardır. Nə qədər ermənilərin arxasında dayanacaqsınız?!Bizim gücümüz xalqın iradəsidir!”
“Ya Qarabağ, ya ölüm”, “Qarabağa azadlıq” şüarları səsləndirilən mitinqə türk tələbələr də qatılıblar.
Mitinqdə çıxış edən  İlham İsmayıl ATƏT-in Minsk qrupunda  işğal olunmuş ərazilərdə məskunlaşmaya imkan verməməyi tələb edib.
2-ci qrup Qarabağ əlili Bəhman Qurbanov  müğənnilərdən deyil, şərəfli yol keçən Qarabağ qazilərindən örnək almağa çağırıb.
Mitinqdə çıxış edən İsgəndər Həmidov mitinqə gələn insanların sayından Qarabağda döyüşmək üçün 5 alayın düzəldilə biləcəyini deyib.
Mitinqdə son çıxışı Pənah Hüseyn edib.
Sonda mitinqin qətnaməsi oxunub. Qətnamədə erməni işğalı pislənilib, Qarabağın işğaldan azad olunması üçün təkilflər səsləndirilib.
//avropa.info