Tanınmış rejissora BÖYÜK İTKİ
    • 8-06-2020, 10:32
    • 2 615

Tanınmış rejissora BÖYÜK İTKİ

Tanınmış rejissor, Prezident təqaüdçüsü Gülçöhrə Şəfiyevanın həyat yoldaşı dünyasını dəyişib.

News24.az xəbər verir ki, bu haqda Hacı Nuran sosial şəbəkədə yazıb: "İnsan üçün doğmasını itirməkdən ağır heç nə yoxdur. Bu itki ilə uzun müddət barışmaq olmur. İllahda ki, bu insan sənin sevdiyin, dəyər verdiyin, ən çətin anında da, xoş günündə də yanında olan ömür-gün yoldaşın ola. Bu dəqiqələrdə Gülçöhrə xanım üçün necə çətin olduğunu anlayıram. Bir neçə gün öncə onun həyat yoldaşı Eldar müəllim dünyasını dəyişdi. Çox ağır itkidir. Bu itkinin nə demək olduğunu mən də yaxşı bilirəm. Çünki dağ kimi ata da itirmişəm, ana da...Prezident təqaüdçüsü, əməkdar mədəniyyət işçisi Gülçöhrə Məmməd qızı Şəfiyeva (17.03.1949) Heydər Əliyev adına sarayın  baş rejissoru olub. İşlədiyi dövrdə onun keçirtdiyi konsertlər, tədbirlər bir keyfiyyət göstəricisi idi...Bəlkə də bu uğurun arxasında onun həyat yoldaşı Eldar bəy dururdu. Axı hər bir güclü kişinin arxasında güclü qadın durduğu kimi, hər güclü qadının da arxasında güclü kişi durur. Bu gün Gülçöhrə xanıma nə qədər təsəlli versəm, yenə azdır. Eldar bəy kimi ata, həyat yoldaşını itirmək asan deyil. Sizə səbr, dözüm diləyirəm, Gülçöhrə xanım. Tanrı Sizə səbr versin".

Sevda Bayramova