"İndiki oğlanlar gün keçirməyi sevir, evlənməyi yox" - MİNA
    • 8-06-2020, 10:53
    • 1 143

"İndiki oğlanlar gün keçirməyi sevir, evlənməyi yox" - MİNA

"Mən hələ ailə həyatı qurmaq haqqında düşünmürəm. 27 yaşım var. Ailə qurmaq qismət işidir. İndiki oğlanlar evlənmək yox, vaxt keçirmək, gəzmək istəyirlər. Bilmirəm niyə? Ona görə də heç bir oğlanı yaxınıma buraxmıram".

News24.az
xəbər verir ki, bu sözləri gənc müğənni Mina Hüseyn ARB-nin efirində deyib. O, bildirib ki, gələcək üçün ciddi münasibət istəyir: "Əylənəcək yox evləniləcək qadın olmaq istəyirəm. Ona görə də hələ gözləyirəm. Anam da deyir ki, ailə qurmağa tələsmə. O, məni dəstəkləyir. Gedib boşanmaqdansa, hələ ki, belə yaxşıdır". 

Sevda Bayramova