Bakı sakinindən 1 kq heroin götürüldü
    • 8-06-2020, 13:53
    • 532

Bakı sakinindən 1 kq heroin götürüldü

Bakı sakinindən heroin götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Türkan qəsəbə sakini, əvvəllər məhkum olunmuş S.Əliyev paytaxtın Nizami rayonu ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 1 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.