Xətaidə  “ВMW” yol kənarına aşdı- BİR NƏFƏR...
    • 9-06-2020, 09:30
    • 520

Xətaidə “ВMW” yol kənarına aşdı- BİR NƏFƏR...

Bakı şəhərinin Xətai rayonunda “ВMW” markalı minik avtomobili yol kənarına aşıb.

Fövqəladə hallar Nazirliyindən News24.az-a verilən məlumata görə,bu barədə qurumun "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Bildirilir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.