Yasamalda polislərə zibil atanlarla bağlı QƏRAR VERİLDİ
    • 9-06-2020, 10:21
    • 854

Yasamalda polislərə zibil atanlarla bağlı QƏRAR VERİLDİ

Yasamal rayonu ərazisindəki yaşayış binalarından birində polis əməkdaşlarının üzərinə müxtəlif əşyalar atan şəxslər inzibati qaydada həbs edilib.

News24.az xəbər verir ki, həmin şəxslərə İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə ittiham verilib.

Yasamal rayon Məhkəməsi tərəfindən 11 nəfər barəsində 10, 15, 30 sutka müddətinə inzibati həbs cəzası çıxarılıb.