Qırğızıstanda koronavirusa yoluxma artır, MƏNBƏ İSƏ BİLİNMİR
    • 9-06-2020, 11:27
    • 526

Qırğızıstanda koronavirusa yoluxma artır, MƏNBƏ İSƏ BİLİNMİR

Qırğızıstanda koronavirusa yoluxma halları artsa da, mənbə bilinmir. 

News24.az RİA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Birinci vitse-prezidenti Kubatbek Boronov açıqlama verib. Bildirilib ki, ölkə ərazisində yoluxma sayları günbəgün artır. Lakin yoluxma mənbəsi bəlli deyil:"Həftə ərzində mənbəsi bəlli olmayan 31 yoluxma halı qeydə alınıb. Yoluxanlar arasında bazarda, zavodda, bankda işləyənlər var. Ehtimal edilir ki, həmin şəxslər koronavirusa Bişkekdə yoluxublar".