Xaçmazda 67 yaşlı qadın kanalda batıb
    • 10-07-2018, 15:34
    • 998

Xaçmazda 67 yaşlı qadın kanalda batıb

Xaçmazda 67 yaşlı qadın kanalda batıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumat yayıb. 

Belə ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə ötən gün Xaçmaz rayonu, Padar kəndi, Xanarx kanalında 1951-ci il təvəllüdlü Şıxəliyeva Pəri Qubad qızının batması barədə məlumat daxil olub. 

Bu gün FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.