Azərbaycanda faciə! 11 YAŞLI QIZ KANALDA BOĞULDU
    • 15-05-2020, 10:40
    • 906

Azərbaycanda faciə! 11 YAŞLI QIZ KANALDA BOĞULDU

Azərbaycanda 11 yaşlı qız kanalda batıb.

News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Yuxarı Mil kanalının Füzuli rayonu, 1 nömrəli Qayıdış qəsəbəsi ərazisindən keçən hissəsində 2009-cu il təvəllüdlü Məmmədova Aysun Arzu qızının batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.