Dilarə Kazımova: "Evlilikdən kənar övlad dünyaya gətirə bilərəm" - VİDEO
    • 30-09-2018, 14:21
    • 4 135

Dilarə Kazımova: "Evlilikdən kənar övlad dünyaya gətirə bilərəm" - VİDEO

Tanınmış müğənni Dilarə Kazımova müzakirələrə səbəb olacaq açıqlama edib.

News24.az xəbər verir ki, Zümrüd Bədəlovanın aparıcılığı ilə yayımlanan "X maqazin" verilişində qonaq olan ifaçı Z.Bədəlovanı makiyaj edib.

Daha sonra isə "Evlilikdən kənar övlad dünyaya gətirə bilərsən?" sualına cavab verib: "Hazırda bu haqda düşünmürəm. Amma evlənəcəyim, sevdiyim adam olsa təbii ki, uşaq dünayaya gətirəcəyəm.

Sabah başımıza nəyin gələcəyini bilmirik, Əgər sırf övlad sahibi olmaq istəsəm bunu da edəcəyəm. Çünki mənim üçün əsas olan hiss etdiyimdir".

Teymur Məmmədov