"İkicə ildir boşanmışam, imkan verin, nəfəs alım" - DİLARƏ KAZIMOVA - VİDEO
    • 6-12-2019, 18:02
    • 1 958

"İkicə ildir boşanmışam, imkan verin, nəfəs alım" - DİLARƏ KAZIMOVA - VİDEO

Hər zaman açıq-saçıq fotosessiyaları və geyimləri ilə gündəmə gələn Dilarə Kazımova saytımıza maraqlı açıqlamalar verib.

News24.az xəbər verir ki, tədbirlərin birinə qara dərin sinə və ayaq dekolteli libasla gələn ifaçı geyimlərindən danışıb: "Bu gün geyindiyim paltar qapalı deyil. Bundan da açıq-saçıq geyinə bilməzdim. Libasım "Qış nağılı" filminin qalası üçün seçilib".

Uşaqları çox sevdiyini deyən müğənni ana olmaq istədiyini bildirib: "Bütün qadınlar kimi mən də əlbəttə ki, ana olmaq istəyirəm. Amma yarımı tapandan sonra. Çünki ad xatirimnə uşaq dünyaya olmaz. Amma balacalarla ünsiyyətdə olmaq mənim üçün xoşdur".

D. Kazımova üzümüzə gələn ildə də ailə qurmağı planlaşdırmır: "Hələlik elə bir planım yoxdur. Bir az fasilə verim. Cəmi iki ildir boşanmışam. Bir az nəfəs alım sonra".

Sevda Bayramova
VİDEO: Fərid Şabanov