Bu dəfə Nigarın adından QUMAR OYUNU REKLAM ETDİLƏR - VİDEO
    • 10-06-2020, 10:36
    • 881

Bu dəfə Nigarın adından QUMAR OYUNU REKLAM ETDİLƏR - VİDEO

"Bir neçə gündür sosial şəbəkələrdə mənim videomdan istifadə edərək qumar oyunu reklam olunur".

News24.az xəbər verir ki, bu sözləri müğənni Nigar Camal "İnstagram" hesabında deyib. İfaçı bildirib ki, dələduzluqla onun adından istifadə edən şəxslər insanları aldadaraq pullarını mənimsəyir:"Hər kəsi diqqətli olmağa, belə oyunlara aldanmamağa çağırıram. Sözügedən reklamın mənimlə heç bir əlaqəsi yoxdur. İcazəsiz formada görüntülərimdən öz piarlarını aparmaq üçün istifadə ediblər. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Reklamı yerləşdirən şirkət cəzalandırılacaq".