-
- 12-06-2020, 12:31
- 1 886
İlhamə Quliyevanın oğulluğu Orxan UKRAYNAYA KÖÇDÜ - ÖZƏL
Azərbaycanın mərhum xalq artisti İlhamə Quliyevanın cəmiyyətdə oğlu kimi tanınan, rəsmi sənədlə isə oğulluğu belə hesab edilməyən Orxandan yeni xəbər var.
News24.az-ın əldə etdiyi məlumata görə, Orxan Nadirov boşandıqdan sonra Ukraynada yaşamaq qərarını verib.
Orxan Nadirovun artıq 5 aydır ki, sözügedən ölkədə yaşadığı və orada turizm sektorunda çalışdığı məlum olub.
Qeyd edək ki, Orxan İlhamə Quliyevanın oğulluğu hesab edilməsi üçün məhkəmə qaydasında Səbail rayon Məhkəməsində iddia qaldırmış, lakin məhkəmə onun iddiasını rədd etmiş və yuxarı Məhkəmə İnstansiyaları həmin qərarı dəyişdirilməmiş saxlamışdır. Bununla da Orxan Nadirov İlhamə Quliyevanın əmlakından hər hansı pay almamışdı.
İlhamə Quliyevanın bankda olan 300 min manat pulu, yaşadığı 3 otaqlı evi, anası Tükəzban İsmayılovayaya məxsus iki otaqlı ev, iki ədəd avtomobil, 78 adda qızıl-zinyət əşyası iki bacısına və bir ögey qardaşına qalıb.