Azərbaycanda koronavirusa yoluxanların sayı 9 mini keçdi
    • 12-06-2020, 17:15
    • 559

Azərbaycanda koronavirusa yoluxanların sayı 9 mini keçdi

Azərbaycanda indiyədək koronavirus infeksiyasına yoluxanların, infeksiyadan sağalanların və ölənlərin sayı açıqlanıb.

News24.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Hazırkı dövrədək ölkəmizdə ümumilikdə 9 218 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5 113 nəfər müalicə olunaraq sağalıb, 113 nəfər vəfat edib.