-
- 12-06-2020, 17:56
- 624
Koronavirusa yoluxduğunu gizlədən insanlar var - TƏBİB
“Həftə sonları xüsusi karantin rejiminin tətbiqində məqsəd təması azaldaraq yoluxmanın səviyyəsini düşürməkdir”.
News24.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib.
V. Əliyev deyib ki, koronavirusa yoluxan və bunu gizlədən insanlar da var: “Bu da ölüm səviyyəsini artırır, başqa insanların yoluxmasına şərait yaradır. Vəziyyət hələ nəzarət altındadır. Ancaq insanlar qaydalara ciddi riayət etməlidir. Vəziyyətin daha ciddi olmasının qarşısını almaq üçün vətəndaşlarımızı məsuliyyətli olmağa çağırıram”.