Bakıda 2 məktəb sökülərək yenidən tikilir

Bakıda 2 məktəb sökülərək yenidən tikilir
SOSİAL

13-06-2020, 11:14

Mətn ölçüsü

2019-2020-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 5 məktəbdə əsaslı təmir işləri aparılıb.

İdarədən News24.az-a verilən məlumata görə, bundan əlavə, 2 məktəbin köhnə binasının sökülərək tikintisi, 1 məktəbin isə bütövlükdə sökülərək yenidən tikintisi tamamlanıb. Zəruri olan  ərazidə 1 yeni məktəbin tikintisi tamamlanaraq istifadəyə verilib. 

2 məktəbin bütövlükdə sökülərək yenidən tikintisi, 2 məktəbin isə köhnə korpuslarının sökülərək yenidən tikintisi davam edir. 1 məktəb üçün əlavə korpusun tikintisi aparılır. Həmçinin ehtiyac olan ərazilərdə 7 yeni məktəbin tikintisinə başlanılıb.

Eləcə də, 109 təhsil müəssisəsində cari təmir və mühəndis-kommunikasiya işləri aparılıb.